29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Paşinyanın ruhi vəziyyəti yerində deyil"

14.06.2021

Ermənistanın Baş naziri vəizfəsini icra edən Nikol Paşinyanın ruhi vəziyyəti yerində deyil.

DM erməni mediasına istinadən xəbər verir ki, o vaxtaşırı ruhi sarsıntılar keçirir. Yalnız müəyyən müdaxilələrdən sonra Paşinyanın vəziyyəti sabitləşir.

"Alternativ layihələr” ekspert qrupunun hazırladığı materialda qeyd edilir ki, artıq Paşinyanın komandası da ondan uzaqlaşır.

"Komanda üzvləri durumları barədə təsəvvür yaratmaq üçün özlərini "zombi” adlandırırlar. Komanda başa düşür ki, ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün Paşinyan tarixin arxivinə qovuşmalıdır. Paşinyanın tərəfdarları açıq şəkildə deyir ki, onun ruhi vəziyyəti qeyri-stabildir. Onların sözlərinə görə, Paşinyanın artıq "inqilabi dəyərlər”lə heç bir əlaqəsi yoxdur”, - materialda qeyd edilir.

Ekspert qrupu Paşinyanın tərəfdarlarına istinadən yazır ki, o, yenidən toqquşmalara hazırlaşır: "Paşinyan inqilabın bütün dəyərlərinə xəyanət etdi və kürsüsü naminə xalqı toqquşmalara, dövləti sarsıntılara, komanda yoldaşlarını cinayətə sövq edir”.