07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan alman ordusunu da məğlub edərdi - Maykl Karl

14.06.2021

Alman ordusu Azərbaycanla Qarabağda üz-üzə gəlsəydi, qazanmaq üçün çox şansı olmazdı.

DM xəbər verir ki, bunu Almaniya Müdafiə və Strateji Araşdırmalar İnstitutunun mütəxəssisi, polkovnik-leytenant Maykl Karl türk PUA-ları barədə danışarkən deyib.

Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi PUA və kamikaze dronlarla bağlı danışan M.Karl bildirib ki, alman ordusu bu cür sistemlərlə qarşılaşsaydı, özünü kifayət qədər qoruya bilməzdi:

"Müasir döyüşdə həyatda qalmaq üçün yeni texnologiyalara və ən son döyüş texnikalarına sahib olmalısan. Almaniya bu baxımdan o qədər də pis deyil, ancaq gələcəyin müharibə texnologiyaları sürətli şəkildə inkişaf etməkdə davam edir. Alman ordusu bu sürətə ayaq uydurmalıdır”.