07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Son zəng”in qaydalara uyğun keçirilməsinə məktəb rəhbərliyi cavabdehdir

14.06.2021

"44 günlük müharibə və pandemiya şəraiti təhsilimizdə müəyyən fasilə yaratsa da, təhsil naziri Emin Əmrullayevin Nazirlər Kabinetinə müraciəti və operativ qərargahın "Son zəng” keçirilməsinə icazə verməsi bütün məzunları sevindirib”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, "Son zəng” tədbirlərinin mövcud qaydalara uyğun keçirilməsi üçün məktəblərə əvvəlcədən təlimatlar göndərilib.

"BŞTİ-nin bütün əməkdaşları məktəblərə nəzarət etmək üçün təhkim olunublar. Bu tədbirlərin qaydalara uyğun keçirilməsi üçün məktəb rəhbərliyi cavabdehdir. Eyni zamanda, yerli polis orqanları və "Məktəblinin dostu” da tədbirlərə riayət olunmasına dəstəkdirlər”.