08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden Ərdoğanla S-400 məsələsini müzakirə edəcək

14.06.2021

 ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO sammitində Türkiyədə Rusiyanın S-400 zenit raket komplekslərinin yerləşdirilməsi mövzusunu müzakirə etmək niyyətindədir.

DM xəbər verir ki, bu barədə Baydenin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

"Bəli, bu məsələ müzakirə ediləcək. S-400, bəli, zenit raket kompleksləri...", - o bildirib.

Lakin Sallivan Baydenin bu mövzuda Ərdoğana tam olaraq nə deyə biləcəyindən danışmayıb. Eyni zamanda, prezidentin köməkçisi Baydenin Türkiyə lideri ilə söhbətində Ankaranın Moskva və Pekinlə münasibətləri mövzusuna toxunmaq niyyətində olduğunu söyləyib.