09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səudiyyə Ərəbistanı ilə Kanada arasında GƏRGİNLİK ARTIR

07.08.2018

Səudiyyə Ərəbistanı Kanada ilə bütün müştərək təhsil proqramlarının dayandıracağını və bu ölkədə təhsil alan səudiyyəli tələbələrin digər ölkələrə köçürüləcəklərini bəyan edib.
Bu barədə "Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kanadadakı səfirini geri çağırmış və bu ölkənin Ər-Riyaddakı səfirini arzuolunmaz şəxs elan edərək ona Krallıqdan çıxması üçün 24 saat vaxt vermişdi. Səudiyyə Ərəbistanı Kanada ilə bütün yeni ticarət investisiyalarını və transaksiyalarını dondurmaq barədə qərar da qəbul edib. Həmçinin bu ölkə Kanada ilə gələcək münasibətlərə dair addımlar atmaq hüququnu özündə saxladığını açıqlayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığı bu addımları Kanada xarici işlər naziri Xristiya Friland bu ölkədə hüquq müdafiəçilərinin həbs edilməsindən son dərəcə narahat olduğunu bildirərək, onların azad edilməsinə çağırış etməsindən sonra atıb. Ər-Riyad bu bəyanatı Krallığın daxili işlərinə qarışmaq kimi qiymətləndirib.