07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-Antalya reysi quşa görə təxirə salındı

12.06.2021

"Azərbaycan Hava Yolları” QSC aviaşirkətinin Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan "Airbus A320” təyyarəsi texniki səbəbdən dayanacağa qayıdıb.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib.

Təyyarədə olan 142 sərnişin aviaşirkətin digər təyyarəsi ilə Antalyaya uçacaq.