07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pakistanda peyvənd olunmayanlara CƏZA

12.06.2021

Pakistanın ən sıx məskunlaşdırılmış vilayəti olan Pəncabda qeyri-adi qərar qəbul edilib. Yerli səhiyyə idarəsinin rəhbəri Yasmin Rəşidin başçılığı ilə keçirilən iclasda peyvənd olunmaqdan imtina edənlərin SIM-kartlarının bloklanması qərara alınıb.

Məlumatı "The Express Tribune” nəşri yayıb.

Y.Rəşidin sözlərinə görə, vaksinasiya üçün Pəncab əhalisinə müəyyən vaxt veriləcək və yalnız bu vaxtın tamamında müvafiq tədbir tətbiq olunacaq.

O, əlavə edib ki, vilayət rəhbərliyi koronavirusun yayılmasının qarşısını amaq üçün əlindən gələni edir.