07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda pensiya yaşı aşağı salına bilər

11.06.2021

"Azərbaycanda orta ömür çox aşağıdır. Ona görə də pensiya yaşını aşağı salmaq lazımdır”.

Bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

"Mən keçən iclas zamanı bir neçə məsələyə toxundum. Amma təəssüflər olsun ki, suallarıma cavab ala bilmədim. İndi vətəndaş II, III qrup pensiya almaq üçün orqanizminin neçə faizini itirməlidir? Buna cavab verilsin. Deputatlar bu qanuna səs verəcəklər. Sonra gedəcəklər öz seçicilərinin yanına. Seçiciləri də deyəcək ki, siz nəyə səs vermisiniz? Ona görə də müvafiq nazirlik bu faizlərə aydınlıq gətirməlidir. Mən bu məsələlərə aydınlıq gətirilmədən bu qanunun lehinə səs verə bilmərəm”, - deputat vurğulayıb.