07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müstəqilliyimizin 30 ili: necə keçirəcəyik?

11.06.2021

 2020-ci il müstəqil Azərbaycanın tarixində mühim hadisələrlə yadda qaldı. 44 günlük Vətən müharibəsində qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə Azərbaycan ciddi addımlar atdı və bu bəladan az itkilərlə çıxır. Artıq karantin rejimi ilə bağlı da ciddi yumşalmaların olduğunu görürük.

DM xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov çıxışı zamanı təklif də irəli sürüb:

"Bu il Müstəqillik Aktının qəbul olunmasının 30 ili tamam olur. Biz bu zalda 30 il bundan qabaq bu Aktı qəbul etmişik, müstəqilliyimizi elan etmişik. Bizi müstəqil dövlət kimi ilk olaraq Türkiyə, ikinci isə Pakistan tanıyıb. 1918-ci ildə müstəqil Azərbaycan cəmi 23 ay yaşayıbsa, 1991-ci ildə elan etdiyimiz müstəqillik 30 ildir davam edir. Təklif edirəm ki, parlament bununla bağlı bir tədbirlər planı hazırlasın və bütün dünyaya bəyan edək ki, biz 30 ildir müstəqillik, ərazi bütövlüyümüzü bərpa etmişik”.