08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah ictimai nəqliyyat işləyəcək

11.06.2021

Həftənin şənbə günü ictimai nəqliyyat işləyəcək.

DM xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Qərara əsasən, bu həftəsonu ictimai nəqliyyata qadağa 13 iyun 00:00-dan 14 iyun 06:00-dək qüvvədə olacaq.

Bundan başqa, futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb.

Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.