07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Tarix yazan şəhidlər” adlı abidənin açılış mərasimi keçirildi

11.06.2021

Beyləqan rayonu Milabad qəsəbəsində "Tarix Yazan Şəhidlər” adlı abidənin açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş abidənin açılışında şəhidlərin yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, məktəblilər və qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, ordumuzun Vətən müharibəsində yazdığı tarixi salnamədən, ərazi bütövlüyümüz uğrunda şəhid olanların qisasının düşməndən layiqincə alındığından danışıblar.

Şəhidlərin yaxınları abidənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirərək dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.

Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunan şeirlər söyləyib.