28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkilinin kəndlərə səfəri davam edir

11.06.2021

Millət vəkili Novruz Aslanov hər il olduğu kimi bu il də yay aylarında İsmayıllı rayonunun kəndlərində seçiciləri üçün səyyar qəbullar keçirir.

DM xəbər verir ki, iyunun 10-da deputat İsmayıllı rayonuna növbəti səfərini edib. Millət vəkili rayonun Gideyli, Kürdeldarbəyli, Hacıhətəmli və Molla isaqlı kəndlərində seçiciləri ilə görüşüb. Qəbullar pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Qəbulda iştirak edən sakinlər məşğulluqla və təhsililə bağlı məsələlərlə yanaşı fərdi məsələlərlə də bağlı deputata müraciətlər ediblər. Bəzi məsələlər operativ olaraq həll edilib, əlaqədar qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi bildirilib.