27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarkisyanın seçki blokunun nümayəndəsi tutuldu

11.06.2021

Ermənistanda "Şərəfim var” seçki blokundan deputatlığa namizəd, Armavirin keçmiş meri Ruben Xlqatyan saxlanılıb.

DM xəbər verir ki, bu barədə "Facebook”da onun vəkilləri Qayane Papoyan və Arsen Sardaryan bildirib.

Onların sözlərinə görə, bu, siyasi təqibdir. Məqsəd seçki ərəfəsində "Şərəfim var" blokunun siyasi fəaliyyətinə müdaxilə etməkdir.

Qeyd edək ki, blokun təsisçisi sabiq prezident Serj sarkisyanın Respublika partiyası və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsiyandır.