28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dörd Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

11.06.2021

Masallı rayonunda dörd Vətən müharibəsi iştirakçsı vəzifəyə təyin olunub.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə, Həbib Musaxan oğlu Həbibov Masallı rayon icra başçsının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Qismət oğlu Əkbərov Masallı rayon icra başçsının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Rövşən oğlu Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, H.Həbibov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Qüsursuz xidmətlərə görə” III dərəcəli, "Qüsursuz xidmətlərə görə” II dərəcəli, "Qüsursuz xidmətlərə görə” I dərəcəli və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə, Ş.Əkbərov "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.