30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin çılğın layihəsinə Bakıdan baxış

10.06.2021

Bu bir iqtisadi layihədir, kanalın sağ və sol sahillərində iki yeni şəhərin salınması düşünülür. Bu şəhərlərin hərəsində təqribən 600.000 və 1 milyon arası yaşayış massivinin olması gözlənilir. Bu da bölgədə olan torpaq və ev qiymətlərinə indidən təsir göstərib. Kanal İstanbul layihəsi ortaya çıxan kimi həmin bölgələrdə torpaqların qiyməti təxminən 10, 20, bəzi hallarda hətta 50 dəfə qalxmağa başlayıb. Kanalın təhlükəsizliyi ilə bağlı məsələlər isə çox müzakirə olunur. Kanalla bağlı hələ də təhlükəsizlik passportu çıxarılmayıb.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Türkiyədə İstanbulun Avropa tərəfindəki Qara dənizdən Mərmərə dənizinə qədər uzanması üçün nəzərdə tutulmuş Kanal İstanbul layihəsi və təhlükəsizliyi haqda danışarkən deyib.

Türkiyədə bu mövzunun bütün gündəmi zəbt etməsinə toxunan ekspert bildirib ki, kanalda israrlı olan Türkiyənin hakim partiyası AKP və Prezident Rəcəb Tayyib Ərdoğandır:

"AKP artıq bu ay təməlin atılacağını elan edib. Ancaq məhkəmə sisteminin də müəyyən dərəcədə bu işlərə müdaxilə etmə potensialı və gücü var. İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu bu layihə ilə bağlı artıq məhkəmələrə müraciət edib. Ola bilər ki, layihənin yerinə yetirilməsi uzansın. Türkiyədə 2023 seçkilərindən çıxacaq nəticədən sonra layihənin gələcək taleyi məlum olacaq. AKP yenidən birinci partiya olub hökumət qurarsa, kanalın tikilmə şansı xeyli artacaq. Hazırda Türkiyənin əksər böyük partiyaları bu layihəyə qarşı çıxırlar. Ona görə də bu məsələ siyasi gedişatdan da asılıdır. Kanalın təhlükəsizlik pasportunun çıxarılmaması ciddi suallar doğurur, çünki kanal zəlzələ bölgəsində yerləşəcək. Onun yaxın gələcəktə başlanılması və tez tamamlanması gözləntisi yanlışdır. Başlansa belə, tamamlanması ən yaxşı halda 6-8 ilə qədər çəkə və müxtəlif problemlər layihənin yarıda saxlanmasına səbəb ola bilər”.