30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda seçiciləri rüşvətlə ələ alırlar

10.06.2021

Ermənistanın Gavar bölgəsində partiya nümayəndələri onlara səs vermələri üçün seçicilərə ərzaq paylayıblar.

"Novosti Armeniya” bu barədə polis idarəsinin mətuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edən partiyalardan birinin nümayəndələrinin seçiciləri razı salmaq üçün ərzaq formasında rüşvət paylaması barədə polisə məlumat daxil olub.

9 iyun tarixindən 8 seçiciyə rüşvət olaraq hər biri təxminən 7000 dram (təxminən 15 dollar) dəyərində ərzaq paketləri verilib.

Faktla bağlı cinayət işi başlanıb. Partiya ofisinin rəhbəri və katibi saxlanılıb. Araşdırma aparılır.