30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“CinemaPlus” açıq havada yeni kinoteatr açdı

10.06.2021

"CinemaPlus”un tamaşaçıları kinoteatrlar üçün çox darıxıblar və bunu nəzərə alaraq belə bir layihəni ərsəyə gətirib.

Şamaxı şəhərində yerləşən "Abqora” restoranında, "Meysəri” şərabları və "CinemaPlus”un birgə layihəsi olan "Open Air Cinema”da hər həftə sonu, cümə, şənbə və bazar günlər açıq havada, təbiətin qoynunda qonaqlar yeni filmləri izləyə bilərlər.

Filmlər və seanslar haqqında məlumatı "CinemaPlus” kinoteatrlar şəbəkəsinin sosial şəbəkələrindən əldə edə bilərsiniz.

Ətraflı məlumat üçün +994 55 251 20 22 nömrəsi ilə əlaqə saxlayın.

"CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsi qapalı məkanlarda öz fəaliyyətini müvəqqəti dayandırıb.

Ətraflı məlumat sosial şəbəkələrimizdə qeyd olunacaq.