07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlin ilk Günəş tutulması başladı

10.06.2021

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Unikal.org-a bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq.

Qeyd olunub ki, ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

Rəsədxanadan bildirilib ki, bu tutulma həlqəvari Günəş tutulmasıdır.

Bu Günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.