21 06 2021-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
21/06/2021
20/06/2021

Ekozyans qədim erməni yalanını ifşa etdi

10.06.2021

Məşhur tarixçisi, erməni əsilli tədqiqatçı Filip Ekozyans Lord Corc Bayronun "erməni” uydurmasını darmadağın edib.

DM xəbər verir ki, Ekozyans yaydığı videosüjetdə dünya şöhrətli britaniyalı lordun "erməni dili” qrammatikasının müəllifi olmadığı, həmçinin bu dili normal öyrənə bilmədiyi barədə sübutlar və foto-faktlar gətirib.

"Ermənilərə öyrədiblər ki, guya həmin lord "qədim erməni mədəniyyəti”nin vurğunu olub və guya erməni dilini mükəmməl öyrənərək, hətta bunların qrammatikalarının müəllifi də olubmuş. Qeyd edək ki, Bayron haqqında Vikipediyada da bu saxta məlumat yer aldıb.

Əslində o, cəmi 3 ay erməni dilini öyrənməyə cəhd edib və həmin vaxtlar yazdığı məktublarda bu işin onda heç də yaxşı alınmadığını qeyd edib.

Bayronun Tomas Mura yazdığı məktubdan (5 dekabr 1816-cı il):

"Mən erməni dilini əyləncə kimi oyrənmək istəyirdim...”

Lord üçün erməni dili çox çətin gəlirdi. Bayronun Con Hobhauza məktubundan (19 dekabr 1816):

"Bu müddət ərzində mən otuz səkkiz ilan-qurbağaya oxşayan erməni hərfindən 30-u ilə tanış oldum və bir hecadan ibarət bir neçə söz öyrəndim”.

İndi əziz erməni qardaşlarım, mənim bir sualıma cavab verin: Bayron erməni dilini bilə, erməni dilini tərcümə edə, erməni qrammatikasının müəllifi ola bilərmi? Mənim üçün cavab aydındır və bu cavab kəsinliklə YOX-dur”, - deyə Ekozyans bildirib.