Ramiz Əzizbəylinin dəfn olunacağı yer AÇIQLANDI 
    
                         
     
                         10.06.2021
 
    
                        Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin dəfn olunacağı yer açıqlanıb.
DM-in məlumatına görə, Xalq artisti Bakı şəhərindəki "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, ötən gün 72 yaşında dünyasını dəyişib.