27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni jurnalist Bakıya gələ biləcək

10.06.2021

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova futbol şərhçi Nobel Arustamyanın Bakıda keçiriləcək AVRO-2020 matçlarını işıqlandırması üçün qeydiyyata alındığını açıqlayıb.

DM xəbər verir ki, bu barədə Zaxarova "Facebook” hesabında yazıb.

XİN rəsmisi buna görə UEFA-ya təşəkkür edib.

Qeyd edək ki, Rusiyanın "Matç tv” kanalı şərhçi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. Buna səbəb kimi Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərilirdi.