27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Monqolustanın yeni prezidenti seçildi

10.06.2021

Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş baş naziri Uxnaagiin Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

Monqolustan Seçki Şurasının açıqladığı qeyri-müəyyən nəticələrə görə, Xurelsux təxminən 1 milyon 75 min seçicinin iştirak etdiyi seçkidə 820 000-dən çox səs toplayıb.

Səslərin sayına görə digər iki namizəddən böyük fərqlə üstün olan 52 yaşlı Xurelsux bu nəticə ilə qələbəsini elan edib.

"İnsanlar mənə etimadlarını göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”, - deyə o bildirib.

O, yanvar ayında baş nazir vəzifəsindən istefa verərək prezidentliyə namizədliyini irəli sürüb.