08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”-ın rəqibi bəlli olub

06.08.2018

Avqustun 6-da İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Bu mərhələdə Ağdam təmsilçisinin potensial rəqibi məlum olub. "Qarabağ” üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Hollandiyanın "PSV Eindhoven” klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisi BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Xatırladaq ki, "Qarabağ” - BATE oyunu avqustun 7-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları avqustun 21-də və 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.