27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Filip Riker İçərişəhərdə təndir çörəyi yedi

09.06.2021

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Riker İçərişəhəri ziyarət edib.

DM xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Azərbaycanda yalnız bir neçə günlük səfərdə olmasına baxmayaraq, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker Bakının əzəmətli tarixi abidələrdən biri olan İçərişəhəri ziyarət etmək şansını əldən verməyib. Öz işgüzar səfərinin sonunda səfir Riker Şirvanşahlar Sarayını və İçərişəhərinin digər tanınmış yerlərini ziyarət etdi. Bakının həqiqətən mədəniyyətlərin qovşağı olduğunu qeyd edən səfir Riker növbəti səfər zamanı Küləklər şəhərini kəşf etməsinə daha çox vaxt sərf edəcəyinə umid edir",- səfirlikdən bildirilib.

F.Riker İçərişəhərdə təndir çörəyinin də dadına baxıb.