27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qəbələ” ilk transferini açıqladı

09.06.2021

2021-2022-ci illər mövsümünün transfer çalışmalarına start verən "Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

DM xəbər verir ki, "qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə "Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə "qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur.

O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan milli komandasında 9 oyun keçirib, 1 qol vurub.