09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə “Euronews” kanalı bağlandı

30.01.2018

Türkiyədə "Euronews” televiziya kanalının dövlət dilində yayımı yanvarın 28-dən dayandırılıb.
Dövran Media Novator.aza istinad edərək bildirir ki, bu, Türkiyə Radio və Televiziya Qurumu (TRT) ilə "Euronews” arasında 2009-cu ildə imzalanmış razılaşmaya son verilməsi ilə bağlıdır. Həmin razılaşma əsasında TRT "Euronews” kanalının səhmlərinin bir hissəsinə sahib idi.
Kanal "Тurksat 3A” peykindən çıxarıldığı üçün dünyada, o cümlədən Azərbaycanda "Euronews” kanalını türk dilində izləmək mümkün deyil.
2009-cu il razılaşmasına son verilməsinin TRT-nin təşəbbüsü olduğu deyilir.
"Euronews” kanalının türk versiyası 2010-cu il yanvarın 30-dan yayımlanır.
Avropa İttifaqının layihəsi olan "Euronews” kanalı 1993-cü ildə yaradılıb. Kanalın mərkəzi ofisi Fransanın Lion şəhərində yerləşir