01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qiqla Baramidzedən Azərbaycan - Ermənistan münasibətlərinə TƏKLİF

09.06.2021

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisini Azərbaycanla Ermənistan arasında mümkün danışıqlar üçün platforma kimi təklif edib.

Bununla bağlı gürcü siyasətçi, şərqşünas, Gürcüstanın Ermənistandakı ilk səfiri, Samtsxe-Cavaxeti diyarının keçmiş qubernatoru Qiqla Baramidze Caliber.Az-a açıqlama verib.

O bildirib ki, Gürcüstan hakimiyyətinin Bakı və İrəvana danışıqlar aparmaq üçün öz vasitəçiliyini təqdim etməsi yeni təklif deyil.

"Uzun müddətdir ki, Gürcüstanda belə bir fikir dolaşır: əgər bir şey baş verərsə, neytral Tbilisi Azərbaycanla Ermənistan arasında danışıqlar platforması ola bilər. Ancaq mən soruşuram: Bizim hökumət buna hazırdırmı? Gürcüstanın daxili məsələlərini həll edə bilmirlər, xarici müstəvidə Gürcüstan üçün vacib olan məsələlər qaldırılmır. Onlar qərb nümayəndələrinin nə dediklərinə baxırlar və yalnız bundan sonra ona uyğun reaksiya verirlər.

Əlbəttə ki, Tbilisidə, dəyirmi masa arxasında müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi yaxşı olardı. Ancaq sualı təkrar edirəm: bizim məmurlar buna hazırdırmı? Çətin ki. Ona görə, bu, reallıqdan daha çox lovğalıqdır”.