01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

09.06.2021

 Xəzər Universitetinin Təbiət Elmləri və Mühəndislik fakültəsinin Fizika və Elektronika departamentinin müdiri vəfat edib.

Bu barədə universitetin "Facebook” səhifəsində məlumat paylaşılıb.

Departament müdiri Nuru Səfərov 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nuru Səfərov 18 oktyabr 1966-cı il Azərbaycan Respublikası Neftçala rayonu Xəzər kəndində anadan olub. 

1983-cü ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinin radiofizika fakültəsinə qəbul olub, 1988-ci il oranı radiofizika və elektronika ixtisası üzrə bitirib. 1997-ci ildə "Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri” mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb, 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb. 70-ə yaxın elmi məqaləsi vardır, o cümlədən 5 ixtira müəllifidir.