05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur fotoqraf minaya düşməkdən son anda XİLAS OLDU

09.06.2021

Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

DM xəbər verir ki, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

Belə ki, R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşaiyət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub. Bu zaman yolda - R.Deqatinin tam yaxınlığında mina aşkarlanıb. Minaaxtaranların təlimatı ilə fotojurnalist hərəkəti dayandırıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.