05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"TİX" Əfəndiyə görə Bakıya gəlir

08.06.2021

"Beş ildir seçim turlarına qatılıram, alınmırdı. Altıncıda alındı və pandemiyaya düşdü. Yeddinci il o səhnəni gördüm. 20-ci yerlə heç razı deyiləm. İstər vokal, istər çıxış baxımdan yüksək çıxış etdim".

DM xəbər verir ki, bu sözləri "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndi "Elgizlə izlə" proqramında deyib. Sənətçi 20-ci yeri qazanması ilə razılaşmadığını söyləyib. samirə bildirib ki, yenidən "Eurovision"a getməyi arzulayır.

Müğənni Norveç təmsilçisi "TİX"la olan sevgi münasibətinə də toxunub:

"Oğlan Bakıya gəlmək istəyir. Sərhəddə problem yarandığı üçün qalıb. İsrar da etmirəm gəlsin. Koronavirusla bağlı təhlükə var. Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq".

Proqramda qonaq olan məşhur stilist Anar Ağakişiyev "TİX"ın qolundakı qızıl qolbağı Samirəyə hədiyyə etdiyini söyləyib.