05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hacı Əliyev Polşada bürünc medal görüşünə çıxacaq

08.06.2021

Varşavada keçirilən güləş üzrə "Poland Open” turnirində Hacı Əliyev bürünc medal qazana bilər.

DM xəbər verir ki, turnirdə 70 kq-da iştirakçı sayı az olduğu üçün görüşlər qrup sistemi ilə keçirilib.

Hacı Əliyev A qrupunda yer alıb. Titullu güləşçimiz ilk turda Özbəkistan pəhləvanı Siracəddin Həsənov üzərində inamlı qələbə qazanıb – 8:2. Həmyerlimiz daha sonra qazax həmkarını Sirbaz Talqata 13:2 qalib gəlməklə, görüşün vaxtından əvvəl başa çatmasına səbəb olub. Üçüncü turda gürcü rəqibi Zurab Yakobişvilidən də güclü olan (3:0) Əliyev qrup qalibi kimi yarımfinala yüksəlib. Ancaq bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi Alek Pantaleoya xalların keyfiyyətinə görə (6:6) uduzub.

Bakı vaxtı ilə saat 20:00-da medallar uğrunda qarşılaşmalara start veriləcək. Onun bürünc medal üçün rəqibi əvvəl qalib gəldiyi Zurab Yakobişvili olacaq.

Olimpiya çempionu Şərif Şərifov isə pley-off sistemiylə yarışıb və debütdə İtaliya təmsilçisi Abraham Ruanoya xalların keyfiyyəti prinsipinə əsasən məğlub olub – 2:2.