04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Koçaryanla telefonla danışdı

08.06.2021

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryan arasında yenidən telefon danışığı olub.

DM xəbər verir ki, bu barədə erməni KİV-ləri Moskvadakı mənbəyə istinadla məlumat yayıb. Söhbət bir neçə gün əvvəl, may ayında, Robert Koçaryan Rusiyada işgüzar səfərdə olarkən baş tutub. Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib:

"Doğrudan da, uzun müddət davam edən telefon danışığı oldu, həmsöhbətlər bir sıra məsələləri, xüsusən də bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə etdilər".

Bu, cari ildə Rusiya prezidenti ilə Ermənistanın ikinci rəhbəri arasında baş tutan üçüncü telefon danışığıdır. Bundan əvvəlki telefon danışığı aprel ayında baş tutub.