09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Sahibə Qafarova şəhid olan jurnalistlərdən danışdı

08.06.2021

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərdəki son hadisəyə münasibət bildirib.

DM-in məlumatına görə, S.Qafarova parlamentin iclasında deyib ki, mülki vətəndaşların, o cümlədən iki jurnalistin minaya düşərək şəhid olması Ermənistan terrorunun mahiyyətini ortaya qoyur.

"Biz şəhid olanların ailələrinə başsağlığı veririk”, - deyə S.Qafarova əlavə edib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.