04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Latviyada azərbaycanlı deputat seçilib

07.06.2021

Latviyada vilayətlər üzrə keçirilən parlament seçkilərində azərbaycanlı da qalib gəlib.

"Report”un məlumatına görə, 2021-ci il iyunun 5-də keçirilən seçkilərin bu gün açıqlanan nəticələrinə əsasən, Latviyanın iri vilayətlərindən olan Valmeriya vilayət Dumasına (parlament) əslən Azərbaycanın Kürdəmir rayonundan olan Vüqar Ecmanis (İbrahimov) yenidən deputat seçilib.

O, seçkilərdə Latviya Xristianlar İttifaqı partiyasının namizədi kimi qalib gəlib.

V. Ecmanis "Report”a açıqlamasında bildirib ki, Latviyada torpaq islahatlarından sonra 7 vilayət və 4 şəhər Valmeriya vilayətinə birləşdirilib, 5 iyun seçkiləri də birləşmiş Valmeriya üzrə keçirilib.

Qeyd edək ki, 1970-ci ildə Kürdəmirdə doğulan Vüqar Ecmanis 30 ildən çoxdur Latviyada yaşayır. O, bundan əvvəl də Valmeria dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəri olub.