08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Zeynalabdin Tağıyevin ev muzeyi bərpa ediləcək + FOTO

30.01.2018

"Dövlətin imkanları olmasa da, biz müxtəlif sponsorların vasitəsi ilə Hacı Zeynalabdin Tağıyevin ev muzeyində müəyyən bərpa işlərini görmək arzusundayıq".
Dövran Media "Report"a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
O qeyd edib ki, 2018-ci il ərzində bərpa işlərinin başlanılacağı gözlənilir: "Bu məsələ bizim xidmət tərəfindən qaldırılıb. Hazırda bu cür evlər ayrıca siyahıya götürülür. Əsas odur ki, biz onları siyahıya alaq və dövlət reyesterinə daxil olmasını təmin edək".
Nazir əlavə edib ki, Mirzə Ələkbər Sabirin ev muzeyi hazırda sponsorların vasitəsi ilə yenidən bərpa olunur: "Sabirin ev muzeyi müasir olacaq. Bu sahədə artıq ictimaiyyətin də iştirakını canlandırmaq lazımdır. Azərbaycanda hər bir vətəndaş bilməlidir ki, bizim mədəni irsimiz bizim sərvətimizdir. Biz ona öz münasibətimizdən nümayiş etdirməliyik ki, bu mənimdir. Mən onu qorumalıyam, sındırmamalıyam, əzizləməliyəm. Biz bu işlərin dövlətin dəstəyi ilə yanaşı paralel olaraq imkanlı şəxslərin, sponsorların hesabına görülməsinin arzusundayıq".