04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Navalnıya türmədə “Quran” verildi

07.06.2021

Rusiyalı müxalif Aleksey Navalnı iki iddia ərizəsini geri götürüb.

"Dojd” xəbər verir ki, bunlar siyasətçiyə verilən qəzet məqalələrinin kəsilməsi və kitab verilməməsi ilə bağlı olub.

"Biri qəzetlərdən məqalələri kəsmişdi. Biz elə bildik bu idarədəndir, onlar deyirlər ki, kəsməmişik. İddianı geri götürmək istərdim, çünki indi senzuranın olmadığını qanuni olaraq müəyyənləşdirdiyimiz nöqtədəyik. Əslində hər şeyə nail olmuşuq, iddianı rədd edirəm”, - deyə Navalnı bildirib.

O qeyd edib ki, kitabları verirlər:

"Kitabların alınması məsələsi vacibdir, o, bir neçə ay çəkdi. Ancaq indi "Quran” kitabım, Vladimir Sorokinin son kitabı, hətta "İncil” kitabım var və sistem düzəldilib”.

Navalnının iddialarına baxan Vladimir vilayətinin Petuşinski Rayon Məhkəməsi hər iki iddia üzrə icraata xitam verilməsinə razı olub.