08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Doktoranturaya qəbul qaydalarında DƏYİŞİKLİK

07.06.2021

Nazirlər Kabineti tərəfindən "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.

DM xəbər verir ki, Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir.

Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçiriləcək.