08 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəlilabad, Lənkəran, Masallı və Yardımlıya 840 min manat ayrıldı - SİYAHI

07.06.2021

Prezident İlham Əliyev Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

DM-nın məlumatına görə, sərəncamla Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarının əhalisi 33550 nəfər olan 12 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 840 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

SİYAHI

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Cəlilabad6Boyxanlı kəndi1740
Cəfərxanlı kəndi1289
Xəlilabad kəndi2231
Komanlı kəndi3270
Təzəkənd kəndi3264
Üçtəpə kəndi8277
Lənkəran1Qurumba kəndi1496
Masallı4Hüseynhacılı kəndi1367
Köcəkli kəndi2192
Mahmudavar kəndi5714
Tüklə kəndi2214
Yardımlı1Şiləvəngə kəndi496
Cəmi:121233 550