07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İdmançımız erməni əsilli rəqibinə qalib gəlib - FOTO

07.06.2021

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri (MMA) üzrə dünya çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıb.

DM xəbər verir ki, Nicat Yusifov finalda erməni əsilli rəqibi Artur Qriqoryana ağrıdıcı fəndlə qalib gələrək 70 kiloqram çəki dərəcəsində kəmərə sahib çıxıb.

Cəlal Cəlallı isə ukraynalı rəqibinə qalib gələrək 80 kiloqram çəki dərəcəsində çempionatın baş mükafatına layiq görülüb.

Qeyd edək ki, çempionat iyunun 3-dən 6-a kimi davam edib. Yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.