09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səsdən də sürətli aparat sınaqdan KEÇDİ

06.08.2018

Çində səsdən sürətli uçan aparatın sınaqları uğurla başa çatıb.
Bu barədə "Dövran Media" "İnterfaks"a istinadən xəbər verir.
"Xingkong-2" adı almış aparat ölkənin şimal-qərbindəki poliqonlarıdan birindən raketlə planlaşdırılmış yüksəkliyə daşınıb, 10 dəqiqə sonra daşıyıcıdan ayrılaraq bir neçə manevr edib və uğurla təyinat nöqtəsinə enib.
Qeyd edək ki, "Xingkong-2" Çin Aerokosmik Aerodinamika Akademiyası tərəfindən hazırlanıb. Hərbi ekspertlərin fikrincə, aparat nüvə döyüş başlığı daşıya bilir və yüksək uçuş sürəti və manevr bacarığı sayəsində müasir raket əleyhinə müdafiə vasitələrinin heç biri tərəfindən vurula bilmir.