29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putindən ABŞ-a iki hədiyyə

07.06.2021

Vladimir Putin və Co Baydenin görüşündən əvvəl Rusiya ABŞ-a iki xoşagəlməz hədiyyə təqdim edib.

DM xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri məqalə dərc edib.

"Birincisi, Rusiya dolları Milli Rifah Fondundan (FNB) çıxarmaq qərarına gəlib, söhbət onu qızıl və digər valyutalarla əvəz etməkdən gedir. Bu qərar Moskvanın ABŞ valyutasından asılılığını azaldacaq və Birləşmiş Ştatlar üçün problem yaradacaq", - məqalədə bildirilir.

Çinli ekspertlər hesab edirlər ki, sözügedən fondda avro payının artması Rusiyanın Avropa ilə münasibətlərinin inkişafına yardım edəcək.

"İkinci "hədiyyə": ABŞ-ın Havay adalarında raketdən müdafiə sisteminin sınağının uğursuzluqla nəticələnməsi Vaşinqton üçün xoşagəlməz xəbər olub. Bu hadisə Rusiya hərbi gəmisinin diqqət mərkəzində olub", - materialda qeyd olunub.