Nəhəng qüllələr beş saniyəyə yıxıldı  
    
                          
     
                         07.06.2021
 
    
                        İngiltərənin Qərbi Midlends bölgəsində yerləşən Staffordşirdəki tarixi "Rugeley” istilik elektrik stansiyasının 4 soyutma qülləsi partladılaraq uçurulub.
"Haber Global” bildirir ki, 117 metr hündürlüyə malik nəhəng tikililər beş saniyə içində yerlə bir olub.
Stansiyada 1950-ci ildən 2016-cı ilədək kömürdən elektrik istehsal edilib.
Sökülən stansiyanın ərazisində içində park, bağça və mağazalar olan 2300 nəfərlik yeni yaşayış kompleksi salınacaq.