09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Duaların həyatımıza hansı təsirləri var?

05.08.2018

Hədislərdə çox dua etmək, Allahdan çox istəmək tövsiyyə edilir. Yalnız Allaha günənin, yalnız ondan istəyin. Çünki ən sağlam, ən möhkəm etimad yeri məhz Mütəal Allahdır. Allahın insana kifayət etməsinə, Onun qüdrət sahibi olmasına və insana tək Onun kifayət etməsi Quranda belə buyrulur:
Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! (Zümər-36).
"Dövran Media" islaminsesi.info-ya istinadən bildirir ki, insan rəbbinə dua edir, istəyir. Lakin hər zaman hər istədiyi qəbul olmur. Bunun da öz hikməti vardır. İmam Zeynul Abidin (ə) bu incə mətləbə toxunaraq buyurub:
أَلْمُؤْمِنُ مِنْ دُعائِهِ عَلى ثَلاث: إِمّا أَنْ یُدَّخَرَ لَهُ وَ إِمّا أَنْ یُعَجَّلَ لَهُ وَ إِمّا أَنْ یُدْفِعَ عَنْهُ بَلاءً یُریدُ أَنْ یُصیبَهُ.
Mömin öz duasında üç nəticə əldə edir:Ya onun üçün zəxirə edilir, ya onun üçün təxirə salınır, yaxud da bəlaları ondan uzaqlaşdırır.
Ya onun üçün zəxirə edilir- Yəni dediyi, etiraf etdiyi hər bir kəlimə onun üçün toplanılır. Çünki insan dualarında rəbbini çağırır, Onu qudrət sahibi bilir, Ondan istəyir, Onun həqqaniyyətini, rübubuyyətini, görən və bilən olmasını təsdiq edrir. Düşüncəsi və dediyi kəlimələr axirətdə onun dadına çatacaq.
Dünyada qarşısına çıxacaq_ Allah Təala heçbir düanı geri qaytarmır. Bu gün olmasada nə vaxt sənin üçün xeyirli və məsləhət olanda Mütəal Allah onu sənin qarşına çıxardacaq, sənə nəsib edəcək. Çünki Özü buyurar ki, Məndən istəyin sizə əta edim. O vədinə vəfa edəndir.
Yaxud üz verəcək bəlanı dəf edir_ Allah Təala duaya cavab verir. Amma başqa şəkildə. Məhz sən istəyən kimi yox, sənə məsləhət olan şəkildə. İnsan bir az diqqətli olsa bunu müşahidə edə bilər.
Mütəal Allah hər bir halda Onu çağırana cavab verir. Amma çağıranın istədiyi şəkildə deyil, ona xeyri olacaq şəkildə. Çünki Özü buyurur:
'Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Ğafir-60).