29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran BMT Baş Assambleyasında səs hüququndan məhrum edildi

03.06.2021

 İran və Mərkəzi Afrika Respublikası təşkilata borcunu ödəmədiyindən BMT Baş Assambleyasında səs hüququndan məhrum edilib.

"RİA Novosti” məlumat verir ki, bu barədə təşkilatının Baş katibi Antonio Quterreşin məktubunda qeyd olunub.

Qərar BMT Nizamnaməsinin 19-cu maddəsinin şərtlərinə əsaslanır.

Borclular siyahısına daha üç dövlət də daxildir: Sao Tome və Prinsip, Komor adaları və Somali. Buna baxmayaraq, Baş Assambleya bu dövlətlərin bu sessiyanın sonuna qədər səs verməsinə icazə verib.

Borcunu ödədikdən sonra dövlət səsvermə hüququnu bərpa edir. Quterreşin sözlərinə görə, səs hüququnu bərpa etmək üçün İranın təşkilatın büdcəsinə 16 251 298 dollar ödəməlidir.