02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlikdən çimərliklərə gedənlərə XƏBƏRDARLIQ

01.06.2021

 "İnsanlar çimərliyə gedəndə çox vaxt hazır qidalar götürürlər. Bəzən şikayətlər alırıq ki, vətəndaş çimərlikdən qayıtdıqdan sonra özünü narahat hiss edir. Bu narahatlığın da kəskin mədə-bağırsaq sisteminin pozulması, yaxud qida zəhərlənməsi olduğunu təyin etmək çətin olur”.

DM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Ekspert saatı”nda deyib.

Mütəxəssis çimərliyə gedən vətəndaşlara tez xarab olan məhsulları aparmamağı məsləhət görüb: "Çünki çimərliklərdə qida saxlanılması üçün münasib şərait yoxdur. Bundan başqa, çimərlik ərazisində tez xarab olan məhsul satışı olur. Həmin məhsulların alışı məsləhət deyil. Eyni zamanda bostançılıq məhsullarını, eləcə də geyimləri çimərlik ərazisinə tullamaq olmaz. Anti-sanitariya şəraiti ilə bağlı diqqətli olmaq lazımdır”.