05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koçaryandan TƏKLİF

01.06.2021

 Parlament respublikası modeli Ermənistan üçün uğursuzdur və ölkə baş nazirin səlahiyyətlərini məhdudlaşdıraraq güc sistemində islahatlar aparmalıdır.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiyanın RBC telekanalına müsahibəsində deyib.

"Heç bir Ermənistan prezidenti Ermənistanın baş naziri qədər səlahiyyətə malik olmayıb. Bu, sadəcə yolverilməzdir”, - deyə o bildirib.

Onun fikrincə, Ermənistanın parlamentli respublikaya keçməsi ölkə üçün səhv addım olub:

"Parlamentli respublika haqqında danışmaq sadəcə tələskənlikdir. Hesab edirəm ki, heç olmasa bir addım geri çəkilmək lazımdır”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasına 2015-ci ildə dəyişiklik edilib. Nikol Paşinyan 2018-ci ildən baş nazir postunu tutub.