05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir şəhidimizin övladı dünyaya gəldi

01.06.2021

Daha bir şəhidimizin övladı dünyaya gəlib.

Bu barədə onun yaxınları məlumat paylaşıb.

Bildirilib ki, Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Rüstəmli İbrahim Mirzağa oğlunun oğul övladı doğulub. Qeyd edilib ki, körpəyə atasının adı verilib.

Məlumat üçün bildirək ki, Rüstəmli İbrahim Mirzağa 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində doğulub. 2020-ci ilin sentyabr ayında könüllü olaraq cəbhəyə yollanıb.

Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşına kömək edərkən qəhrəmancasına şəhid olub.

O, doğulduğu kənddə torpağa tapşırılıb.