29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşadakı bərpa işlərindən yeni görüntülər

31.05.2021

Şuşa şəhərində Molla Pənah Vaqif türbəsinin bərpası davam edir.

Heydər Əliyev fondundan bildirilib ki, bərpa-tikinti işlərinin iyunda başa çatdırılması planlaşdırılır.

Heydər Əliyev Fondu tərəfindən türbənin bərpa layihəsi işlənilib. Abidə daşlarının eyniliyi və layihənin ilkin dizaynı qorunmaqla, müasir texnologiyalar tətbiq olunaraq yenidən qurulur.

Molla Pənah Vaqif türbəsinin açılışı 1982-ci ildə olub. Kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilib.

Ermənistan 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra düşmən tərəfindən kompleksin daşları sökülərək tamamilə dağıdılıb.

Ətraflı videonu təqdim edirik: