05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir" - Millət vəkilindən ÇAĞIRIŞ

31.05.2021

"Hökumət üzvlərinin burada olmasından istifadə edərək insanların bir neçə xahişini çatdırmaq istəyirəm. COVID-19 virusu ilə mübarəzədə ölkəmiz önəmli addımlar atdı, ziyalılar, deputat həmkarlarım bunun təbliğində önəmli rol oynadılar. Amma artıq karantinlə bağlı yumşalmalar oldu. Artıq metrolar, ticarət mərkəzləri açıldı. Bu, teatrlara da şamil olunmalıdır. Bu, sənəd adamlarının və sənətsevərlərin xahişidir”.

DM xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri əlavə edib ki, açıq havada insanların toy məclislərinin keçirilməsinə də icazə verilməlidir:

"Artıq 1 il yarımdır ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, COVID pasportundan istifadə etməklə açıq havada toylara icazə verilə bilər. Bu, insanlarla yanaşı, həm də böyük bir sektorun xahişidir”.