05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda yeni metrostansiyanın tikintisinə hazırlıq başladı

31.05.2021

Şərti adı "B4” olan metrostansiyanın inşası ilə bağlı ilkin hazırlıq mərhələsinə başlanılıb.

DM-nın məlumatına görə, bu barədə bu gün keçirilən tədbirdə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, burada ən müasir inşaat üsulundan istifadə ediləcək:

"İnşa prosesi zamanı divarlarda qrunt üsulundan istifadə ediləcək. Bu metodun ən böyük üstünlüyü məhdud ərazidə maksimum keyfiyyətli iş prosesinə zəmin yaradır. Tikinti ərazisində müvafiq "svay”ların vurulması ekoloji cəhətdən təmizliyi təmin edəcək. Eyni zamanda qatarların hərəkəti zamanı ətrafa yayılan səsi maksimum dərəcədə azaldacaq”.

Qeyd edək ki, şərti adı "B4” olan metrostansiya Cəlil Məmmədquluzadə küçəsi, H.Əliyev adına İdman Kompleksinin arxasında inşa ediləcək.